Ukrayna Rusiya ərazisinə Qərb silahları ilə zərbə vurmur

13:14 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak sosial media hesabında bildirib ki, Ukrayna Qərbin verdiyi silahlardan “müdafiə, Ukrayna ərazilərini işğaldan azad etmək və düşmən anbarlarını məhv etmək üçün” istifadə edir. Eyni zamanda o vurğulayıb ki, Ukrayna Rusiya ərazisinə zərbə endirmir.

“Bir daha tərəfdaşlarımız üçün əsas şeylər haqqında. Ukrayna Rusiya ərazisinə zərbə endirmir”, - Podolyak bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri “effektiv əks-hücum” üçün daha uzun mənzilli raketlərə və hücum təyyarələrinə ehtiyac duyur.

Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Oleksiy Danilov Reuters agentliyinə müsahibəsində bildirib ki, Kiyev Rusiyada Ukraynaya ziyan vuran obyektlərə hücum etməlidir. “Ölkəmizə ziyan vuran obyekt varsa, biz bu obyektləri məhv etməliyik”, - Danilov bildirib.

Oxunma sayı 59