Ukraynada Bayraktardan 10 MİLYON DOLLAR İSTƏYİBLƏR

09:45 31.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ən böyük telekanallarından olan "1+1" "Baykar" tərəfindən hazırlanan və Ukraynanın Rusiyaya qarşı müqavimətinin simvoluna çevrilən "Bayraktar TB2" SİHA-lar haqqında "Bayraktar Legend Wings" adlı sənədli film hazırlayıb.

Hafta.az-ın yazdığına görə, sənədli film üçün "Baykar" İdarə Heyətinin sədri Səlcuq Bayraktar və baş direktor Haluk Bayraktarla xüsusi müsahibə aparılıb. Haluk Bayraktar müsahibədə Natalya Moseyçukun Ukraynada açılacaq istehsal müəssisəsi ilə bağlı suallarını cavablandırıb.



"Belə texnoloji qurğular təkcə bugünkü çağırış üçün deyil, bu həm də Ukraynanın gələcəyi üçün lazımdır. Buna görə də onları qorumaq vacibdir. Onlar ya hava hücumundan müdafiə sistemlərinin olduğu yerdə, ya da yeraltı anqarlarda olmalıdır. Amma bütün bunları təkbaşına koordinasiya etməyimiz o qədər də mümkün deyil. Biz öz imkanlarımızla obyektə, onun avadanlıqlarına, orada AR-GE edəcək kadrlara və bu kimi strategiyalara diqqət yetiririk. Gəlin, başqa məsələlərə daha əhatəli şəkildə baxaq, lakin bu, qısa zamanda baş verə biləcək bir şey deyil, bizim qərarımız bəllidir, resurslarımızı buna sərf edirik və bu planlara uyğun olaraq irəliləyirik", - deyib H.Bayraktar.

Türkiyə ilə Ukrayna arasında 2022-ci il fevralın 3-də iki ölkə arasında yüksək texnologiyalı aviasiya və kosmosda investisiyalar üçün çərçivə sazişi imzalanıb. Amma bu müqavilənin Ukrayna parlamentində ratifikasiya prosesi hələ davam edir.

"Elektriklə bağlı maraqlı bir şey deyəcəyəm. Ukraynadakı fabrikimizi işə salmaq üçün elektrik enerjisinə ehtiyacımız var. Amma elektrik şəbəkəsinə qoşulmağın neçəyə başa gəldiyini bilirsiniz, 10 milyon dollara. Üstəlik deyirlər ki, bunu etmək iki il çəkir. Buna nə ad verərdiniz? Onlar deyirlər ki, burda rüşvət-korrupsiya məsələsi yoxdur, sadəcə Ukraynada işlər belə gedir. Amma Türkiyədə bütün bu proseslər sıfıra başa gəlir və çox qısa zamanda həll olunur", - H.Bayraktar telekanala deyib.

Oxunma sayı 421
Siyasət rubrikasından digər xəbərlər