Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya respublikada hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini təqdim edib. Bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.
Müvafiq sənədlər fevralın 6-da Radanın saytında qeydə alınıb. Hərbi vəziyyətin və səfərbərliyin nə qədər müddətə uzadılması təklifi izahat yazısı olmadığından məlum deyil.
Fevralın 4-də Radanın deputatı Yaroslav Jeleznya yaxın vaxtlarda Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılacağını bildirib. Onun sözlərinə görə, bu uzadılmalar fevralın 19-dan sonra qüvvəyə minəcək və çox güman ki, 90 gün davam edəcək.
Ötən ilin noyabrında Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvəsi 2023-cü il fevralın 19-dək uzadılıb.