Ukraynada müharibə payızda bitəcək - PROQNOZ

19:54 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin zəifləməsi səbəbindən Ukrayna ərazisində hərbi əməliyyatlar payızın sonuna qədər başa çata bilər. Bu fikri “İzvestiya”ya müsahibəsində xüsusi təyinatlıların keçmiş zabiti, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib.

"Düşünürəm ki, hərbi əməliyyatlar payızın sonuna qədər başa çatacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı qaldırdığı qüvvələr və vasitələr artıq nə müdafiə, nə də hücum məsələlərini həll etmək iqtidarında deyil", - ekspert proqnozlaşdırır.

Eyni zamanda o, etiraf edib ki, Qərb ölkələri hərbi texnika tədarükünü davam etdirsələr, münaqişə hələ də uzana bilər.