Uqanda prezidentinin oğlu və hərbi komandir Muhuzi Kaibinrugaba bir müddət əvvəl İtaliyada seçkilərdə qalib gələn və baş nazir olmağa hazırlaşan ifrat sağçı Giorgia Meloniyə işarə edən tvitləri ilə gündəmə gəlib.
Hafta.az-ın yazdığına görə, Kaibinrugaba paylaşdığı tvitlərdə İtaliyanın yeni baş naziri olmağa hazırlaşan Giorgia Meloniyə 100 inək qarşılığında evlilik təklifi edib. M.Kaibinrugaba evliliyi təşkil etmək üçün Uqandanın İtaliyadakı səfiri Mali Matsanti təyin etdiyini yazıb.
Başqa bir tvitində Kainerugaba, "Mən Romadan başlamalıyam, amma gömrükdən 100 inəyi necə keçirəcəyimi bilmirəm" yazıb.
Kainerugaba, sonradan sildiyi tvitində İtaliyanı işğal etməklə hədələyib.
Uqanda prezidenti Yoveri Museveni, tvitləri İtaliyada yayıldıqdan və Uqandada sərt reaksiya verildikdən sonra oğlunu vəzifəsindən azad edib.
Xatırladaq ki, Muhuzi Kaibinrugaba arabir tvitləri ilə gündəmə gəlir. O, daha əvvəl Efiopiyadakı Tiqrey separatçı qruplarına dəstəyini ifadə edib, başqa bir tvitində isə bütün afrikalıların Ukraynadakı müharibədə Rusiyanı müdafiə etdiyini bildirmişdi.