Uşaqlara Muhammed adının verilməsindən niyə imtina edilir? - Açıqlama

11:55 11.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaqlara Muhammed adının verilməsindən niyə imtina edildiyinin səbəbi bəlli olub.

Hafta.az xəbər verir ki, “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova vurğulayıb ki, Muhammed adının ədəbi yazılış forması ədəbi dil normalarına ziddir. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə Termonologiya Komissiyasına müraciət edilib:

"Bu adın qoyulmasının düzgün yazılış formasına uyğun olmadığı, Məhəmməd adının düzgün yazılış forması olduğu bildirilib. Bu səbəbdən də bu adla bağlı müraciət edən vətəndaşlarla maarifləndirmə işi aparılaraq uşaqlarına Məhəmməd adının qoyulması tövsiyə olunur”.

Bununla belə, hər bir vətəndaşın hansısa adın dəyişdirilməsi və ya hansısa adın qoyulması ilə bağlı qeydiyyat şöbəsinin verdiyi imtinadan məhkəməyə vermək hüququ var.