Vardanyan Rusiyanın adamı olduğunu ETİRAF ETDİ

18:13 12.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Rusiya sülhməramlılarının mandatı çox məhduddur, onlar burada az saydadırlar və biz hər şeyi etməliyik ki, həm rus sülhməramlılarının sayını, həm də sursatını artıraq və məsələni gələcək üçün həll edək".

Hafta.az  xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu "Stepanakert-Yerevan: “Artsax 1 ay blokadada" üzdəniraq telekörpüsündə çıxışı zamanı Qarabağdakı separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan  bildirib.

“Biz Rusiya sülhməramlısının burada özünü daha yaxşı hiss etməsi üçün hər şeyi edəcəyik. Rus sülhməramlısı burada böyük rol oynadığını hiss etməlidir, hiss etməlidir ki, biz ona qarşı deyilik, biz onun tərəfindəyik. Rusları hədəfə almağı dayandırın, burada rus sülhməramlısı olmasaydı, biz də burada olmazdıq. Nəyi tənqid etməyimizi istəyirsiniz? Mən bunu etməyəcəyəm. Ona görə də biz hər şeyi edəcəyik ki, onlar burada uzun müddət qalsınlar, güclənsinlər və biz onları dəstəkləyəcəyik...

Sülhməramlıların nəsə pis bir iş görməsinə dair tənqid və söhbətlər heç nəyə gətirib çıxarmayacaq. Çünki bununla biz yalnız Rusiya sülhməramlılarının çıxarılmasını arzulayan Azərbaycana kömək edəcəyik. Biz bu arzunun gerçəkləşməsinə imkan verə bilmərik. Sülhməramlılar burada qalmalı və onilliklərlə qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər. Siyasi xadimin (Ermənistanın baş naziri Paşinyanın - red.) sözlərinə şərh vermək istəmirəm. Əgər belə bir fikir varsa (Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirmirlər - red.), mən təklif edirəm ki, gəlin, bizimlə birlikdə dayanaq və görün ki, Rusiya sülhməramlılarının burada nə böyük rolu var"-deyə R.Vardanyan çərənləyib.

Siyasət rubrikasından digər xəbərlər