Vaşinqtonda fövqəladə vəziyyət elan olunub - koronavirusa görə

11:06 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Vaşinqton ştatının qubernatoru Cey İnsli ştatın ərazisində yeni növ koronavirusun yayılması və ilk ölüm halının qeydə alınması səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Hafta.az-ın məlumatına görə, bu barədə qubernatorun saytında dərc edilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Mən, Cey İnsli, Vaşinqton ştatının qubernatoru yaranmış vəziyyətlə əlaqədar... bəyan edirəm ki, Vaşinqton ştatının bütün dairələrində fövqəladə vəziyyət rejimi tətbiq edilir".

Xatırladaq ki, daha əvvəl ABŞ-da (Vaşinqton ştatında) yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.