Xankəndidəki ermənilər Ermənistana deyil, Bakıya tabe olmalıdır - Yasəmən Qaraqoyunlu

18:25 05.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Sülhməramlılar müvəqqəti yerləşdiyi ərazilərdə nəinki təhlükəsizliyi təmin edir, əksinə ermənilərin qeyri-qanuni əməllərinə göz yummaqla vəziyyəti gərginləşdirir.  Ona görə də istər Suqovuşan-Kəlbəcər yolunda, istərsə də Şuşa-Xankəndi yolunda Azərbaycan nümayəndələrini öz torpağına buraxmayaraq vəziyyəti daha da çətinləşdirirlər.  Ona görə də, Azərbaycan özü beynəlxalq mandatla tanınmayan Rusiya sülhməramlılarının işinə nəzarəti öz əlinə almalıdır”.

Bunu hafta.az-a AMEA-nın elmi işçisi, tarixi-siyasi şərhçi Yasəmən Qaraqoyunlu bildirib.

  Y.Qaraqoyunlu qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi və digər ərazilər Azərbaycan toraqlarıdır.  Amma Azərbaycan tərəfi öz ərazilərində yerləşən mədənlərin qeyri-qanuni istismarı ilə bağlı Ağdərədə monitorinq keirmək istəyərkən Rusiya sülhməramlıları buna imkan yaratmayıb. Üstəlik də Azərbaycanı Laçın yolunun bağlanmasına itihamlayan erməni hədyanları dövriyyəyə buraxılıb. Bu da  bölgədə gərginlik yaratmaqla yanaşı, Şuşa-Xankəndi yolunda insidentə səbəb olub.

Y.Qaraqoyunlu qeyd edib ki, Ermənistanın sülhə gəlməməsi və Rusiya sülhməramlılarının bu cür özbaşına davranışları haqlı olaraq Azərbaycanın Laçın dəhlizinin bağlamasını zəruri edir.

Ekspert bəyan edib ki,  Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi, Azərbaycanın 3 min kvadrat kilometr ərazisi, Xankəndi daxil olmaqla Azərbaycan torpaqları, sərvətləri ermənilər tərəfindən işlənə bilməz və Azərbaycanın bir çınqıl daşı Ermənistana daşına bilməz.  

Onun sözlərinə görə, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının vaxtı bitir. Əgər sülhməramlılar  indiyə qədər bu qeyri-qanuni prosesə susubsa, Azərbaycan tərəfi bunun cavabını  Rusiyadan, sülhməramlılardan soruşmalıdır.

Y.Qaraqoyunlu Xankəndi ermənilərini Ermənistana bağlayan Laçın dəhlizini konseptual baxımdan Azərbaycanın maraqlarına zidd hesab edib.

"Xankəndi Azərbaycan torpağıdır,  Orda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər Xankəndi Azərbaycan torpağıdırsa, Qarabağın statusu məsələsi gündəmdə yoxdursa, Qarabağda hərbi zəfər qazanmışıqsa nəyə görə Xankəndi ermənilərinə Ermənistanla əlaqə qurması, sərbəst gediş-gəliş üçün hər hansı yol verilməlidir.  Bu, 10 noyabr üçtərəfli sazişinə əsasən meydanda olan məsələ olsa da, sazişin müddüəları Rusiya sülhməramlıları, Ermənistan tərəfindən  tam yerinə yetirilmir. Zəngəzur dəhlizi açılmır. Zəngəzur dəhlizinin açılmamasına Fransa, İran, Ermənistanın müttəfiqliyi şəraitində nail olunur. Əgər buna hələlik nail olunursa və əgər 10 noyabr sazişinin müddüəları Rusiya sülhməramlılarının özü tərəfindən pozulursa Azərbaycan tərəfi ortaya qəti mövqe qoymalıdır. Laçın Dəhlizi bağlanmalıdır. Xankəndində olan erməni vətəndaşları Ermənistana deyil, Bakıya tabe olmalıdır. Nəyə görə ermənilər Azərbaycan torpaqları üzərndən Ermənistana əlaqə qurmalıdır.  İrəvanda, Gorusda, Qafanda, Göyçədə, Zəngəzurda bir nəfər azərbaycanlı, türk yoxdursa, o zaman Xankəndində niyə erməni qalmalıdır. O erməniyə dəhliz niyə verilməlidir”.

Y.Qaraqoyunlu hesab edir ki, bütün bu məsələlər 2025-ci ilə qədər çözülməlidir.

“Xankəndi erməniləri İrəvanla əlaqələrini kəsmək istəmirlərsə köçsünlər Ermənistana, yox Bakı ilə əlaqələr quracaqlarsa, onda Laçın dəhlizi olmamalıdır. Azərbaycan bu istiqamətdə qəti mövqe qoymalıdır”.

Oxunma sayı 1464
Siyasət rubrikasından digər xəbərlər