Xankəndində separatçılar arasında ziddiyyət gərginləşdi: Qurgen izahat verməyə çağırıldı...

15:51 10.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Martın 8-də Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsindəki separatçı-terrorçu rejimin qanunsuz "qanuverici orqanı"nın  bütün fraksiyaları yeni təyin olunmuş qondarma "dövlət naziri" Qurgen Nersisyanı onun bəyanatları ilə bağlı izahat vermək üçün "parlament"ə dəvət ediblər.

Hafta.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.

Belə ki, bu günlərdə Qurgen deyib: “Məncə İrəvan və Stepanakertin (Xankəndi red.) mövqeləri arasında fikir ayrılıqları ola bilməz, əksinə, İrəvan Artsax (Qarabağ) probleminə gəldikdə, Artsax xalqının məqsədlərini tam əks etdirən Artsax hakimiyyətinin mövqeyinə və fikrinə güvənir".

Q.Nersisyan daha sonra özünün informasiya şöbəsi vasitəsilə dediklərini redaktə edərək bildirib ki, onun sözləri “birmənalı qarşılanmayıb və ya onu belə təqdim etməyə cəhd edilib”.

Lakin qondarma "deputat"lar Qurgenin gəlib açıqlama verməsini gözləyirlər ki, bilsinlər, belə bir rəyi var, yoxsa fikirlərini düzgün ifadə edə bilməyib.

Siyasət rubrikasından digər xəbərlər