Yazını böyüt
Yazını kiçilt
Xətaidə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən tikiş sexində yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.