Xocalıda traktor minaya düşdü

12:24 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalıda traktor minaya düşüb.

Bu barədə hafta.az-a Daxili işlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu gün saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Partlayış nəticəsində xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.