Yarım kiloqrama yaxın marixuana aşkarlanıb

22:29 17.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini T.Bayramovdan 475 qram marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.