Yarısı su olan planetlər AŞKARLANDI

13:06 12.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Alimlər 50%-ə qədəri su olan planetlər kəşf ediblər. Bunlar qırmızı cırtdan statusu ilə Süd Yolunun ulduzları ətrafında fırlanan planetlərdir. Yerdə suyun miqdarı bu planetlərdən min dəfə azdır.

Hafta.az xəbər verir ki, bu qənaətə “qırmızı cırtdanlar”ın planet sistemlərini tədqiq edən Fransa və ABŞ-dan olan tədqiqatçılar gəliblər. "Science" jurnalındakı məqalədən belə çıxır ki, onların tədqiq etdikləri 43 planetin hamısı üç qrupa bölünür - "su" planetləri, Yer və ya Mars kimi yığcam bərk dünyalar və Neptun kimi hidrogen və heliumla zəngin, lakin daha kiçik olan qaz cırtdanları.

Bu o demək deyil ki, bol nəmlik olan planetlərdə həyat yarana bilər. Çox güman ki, belə aləmlər öz ulduzlarından nisbətən uzaqda yaranır, burada əsas su kütlələri toplanır və sonra daha yaxın orbitlərə köçür.