Yaşa görə pensiyaya çıxanların sayı açıqlandı

10:28 03.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyul ayında yaşa görə pensiyaya çıxanların sayı açıqlanıb.

 

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a verilən məlumata görə, 2021-ci ilin iyul ayında 1432 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

 

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub. Onlardan 97 min nəfərdən çoxu yaşa görə pensiyaya çıxıb.