Yaxın müddətdə Rusiyanın məhz hansı səbəblə bu addımı atması bizə aydın olacaq - Politoloq

11:20 20.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağdan təxliyə olunan rus vətəndaşları çox güman ki, orda yerləşən,  çalışan  vətəndaşlar ola bilər.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib:

"Bildiyimiz kimi son iki ildə Rusiya vətəndaşları özlərinə aid olmayan mülki infrastrukturun qurulması ilə bağlı fəaliyyət göstəriblər. Ola bilər ki, burda böyük ehtimalla orda çalışan Rusiya vətəndaşlarından söhbət gedir".

M.Məmmədli təxliyənin səbəbləri ilə bağlı konkret fikir bildirməyi  bir qədər mürəkkəb məqam olaraq qeyd edib və ehtimallar üzərində fikirlər yürütməyi daha doğru sayıb. Onun sözlərinə görə, çox güman ki, ciddi səbəblər var ki, Rusiya öz vətəndaşlarını Qarabağdan təxliyə etmək qərarı verib.

"Qarşıdakı yaxın müddətdə Rusiyanın məhz hansı səbəblə öz vətəndaşlarını bölgədən çıxarmasının səbəbləri bizə aydın olacaq".

Siyasət rubrikasından digər xəbərlər