Yeni Zelandiyada xristian terrorçunun məsciddə qətliam törətməsindən 4 il ötür

10:05 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Yeni Zelandiyanın Kraystçörç şəhərində cümə namazı zamanı silahlı şəxsin məscidə hücum edərək qətliam törətməsindən 4 il ötür. 

Hafta.az-ın yazdığına görə, 15 mart 2019-cu ildə baş verən terror hücumu İslam əleyhdarı ifrat sağçı Avstraliya vətəndaşı Brenton Tarrant tərəfindən həyata keçirilmiş və nəticədə 51 müsəlman qətlə yetirilmişdi. 

Avstraliyalı xristian terrorçu törətdiyi qətliamı Facebook-da canlı yayımlayaraq müsəlmanlara qarşı öz qəddarlığını nümayiş etdirmişdi. 

"Əl Nur" məscidində törədilən qətliamda öldürülən müsəlmanların yaşları 2 ilə 77 arasında olub.
Həyatını itirənlərin əksəriyyəti isə Yeni Zelandiyada yaşayan qaçqınlardır.

Kraystçörç şəhərindəki məsciddə baş verən qətliam yaxın tarixdə xristianların İslam əleyhinə törətdiyi ən qanlı terror hücumlarından biri kimi yaddaşlarda qalıb. 

Qətliamdan sonra Tarrantın hücum etdiyi silahla bağlı İslam əleyhinə açıqlamalar da gündəm olub.

Siyasət rubrikasından digər xəbərlər