Yer üzündəki ən qədim suyun 4 milyard 571 milyon il əvvəl oyaradığı məlum olub.
Hafta.az-ın yazdığına görə, “GeoScienceWorld Elements” elmi jurnalında dərc olunan araşdırmada iki çinli və italyan tədqiqatçı bir sıra kompleks hesablamalar apararaq planetin suyunun nə zaman əmələ gəldiyini təfərrüatlı şəkildə ortaya qoydular. Müvafiq olaraq, Yer kürəsində iki su mənbəyi var. Birincisi, Günəş sistemi soyuq bulud olduğu zaman ortaya çıxdı. İkincisi isə planetlərin yarandığı dövrdə - 4 milyard 543 milyon il əvvəl baş verib.
Tədqiqatçıların fikrincə, Günəş sisteminin yaranmasının ilkin mərhələlərində əmələ gələn ilk su da müəyyən bir şəkildə Yerə çatıb.
Günəş sistemi əslində Günəş dumanlığı adlı nəhəng molekulyar buluddan yaranıb. Bu buludda əsasən suyun əsas komponenti olan hidrogen olub. Onu sıra ilə helium, oksigen və karbon izləyib. Buludda həm də silikat tozu və karbonlu toz kiçik dənələr şəklində varmış. Tədqiqat məqaləsinə görə Günəş sistemindəki suyun tarixi buradan başlayıb. Yəni, hidrogen və oksigen reaksiyaya girərək iki növ su buzu əmələ gətirir: normal su və deyteriumu olan ağır su.
Deyterium ağır hidrogen (HDO) adlanan hidrogenin izotopudur. Onun nüvəsində bir proton və (normal sudan fərqli olaraq) bir neytron var.
Cecilia Ceccarelli və Fujun Du, yeni araşdırmanın arxasında, bu ən qədim suyun Yer kürəsində olub-olmadığını anlamaq üçün ümumi su və deuterasiya edilmiş suyun miqdarından istifadə ediblər. Onların hesablamaları nəticəsində məlum olub ki, Yerdəki suyun 1-50 faizi Günəş sisteminin yaranmasının birinci mərhələsindən gəlib.
Tədqiqatçılar razılaşırlar ki, 1 ilə 50 faiz çox geniş diapazonu göstərir. Bununla belə, onlar hələ də bunun Yer kürəsini anlamaq üçün son dərəcə vacib bir məlumat olduğunu vurğulayırlar.
“Kometlərdə və asteroidlərdə olan su da böyük ölçüdə irsi olaraq keçir”, - araşdırma məqaləsində deyilir. Aparıcı fərziyyələrdən biri iddia edir ki, kometlərdən qipan asteroidlər Yer kürəsini mütəmadi şəkildə bombalayır, eyni zamanda planetə su molekulları aparır.
Lakin Ceccarelli və Fujun deyirlər ki, bu doğru olmaya bilər: “Yer, çox güman ki, ilk suyu asteroidlərin və planetlərin əcdadları olduğu güman edilən planetsimallardan miras alıb”.