Yevlax sakinindən 1 kiloqrama yaxın heroin götürülüb

14:05 21.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayevdən 905 qram heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülmüşdür.