Yolu keçən piyadanı maşın vurdu

15:00 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada vurulub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən xəbərə görə, martın 12-də saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.