Yoluxanların bu günə olan statistikası

21:33 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

 

Son sutka ərzində 1784, hazırkı dövrədək isə 7 375 442 test aparılıb.