Yük maşını piyadanı vurub öldürdü

15:26 28.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, avqustun 27-də saat 19 radələrində Ağdaş rayonunun Əmrah kəndi ərazisində X.Bayramov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolun kənarında dayanmış Bərdə rayon sakini Akif Aslanovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.