Zakir Həsənov Türkiyəyə səfər edəcək

09:39 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Hafta.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, nazir türkiyəli həmkarı ilə birlikdə Türkiyənin Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-i təlimlərin son və əsas günüdür.

Siyasət rubrikasından digər xəbərlər