Zaqatalada zavoddan 20 min manatlıq oğurluq olub

13:45 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20.000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyənləşib.  

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.