Yazını böyüt
Yazını kiçilt
Bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb.
Bu barədə hafta.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür", - məlumatda deyilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə yüksəlib, yararlıların sayı isə 49 133-ə çatıb.