Zəlzələdən sağ çıxan keçmiş arvadının üzərinə BİLƏRƏKDƏN QAYNAYAN SU TÖKDÜ

16:43 24.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hatayda zəlzələdən sağ çıxan Alev Altun (25) zəlzələdə evi ciddi ziyan gördüyü üçün 9 ay əvvəl boşandığı keçmiş həyat yoldaşı ilə 2 uşağı ilə qalmağa başlayıb. Savaş Altun Alev Altun yatarkən üzərinə qaynar su töküb. Həbs edilən Savaş Altun ifadəsində zəlzələ nəticəsində keçmiş həyat yoldaşının üzərinə qaynar su töküldüyünü iddia edib. Alev Altun isə "Əlindəki qazanı gördüm, qəsdən üstümə tökdü. Səsimi eşidin, çox acizəm. Evsiz, uşaqlarımla tək qalmışam. İstədiyim tək şey səsimin eşidilməsidir”.

Hatayın Samandağ rayonunun Avcılar kəndində yaşayan 25 yaşlı Alev Altunun 9 illik nikahı 9 ay əvvəl şiddətli münaqişə zəminində bitib. Altun 4 və 2 yaşlı iki uşağı ilə Hatayda zəlzələ yaşayıb. Evinə ciddi ziyan dəyəndə uşaqları ilə birlikdə bacısıgildə məskunlaşdı. Onun Küveytdə bərbər işləyən 37 yaşlı keçmiş həyat yoldaşı Savaş Altun da zəlzələ səbəbindən Türkiyəyə qayıdıb.

O, keçmiş həyat yoldaşı Alev Altuna “Gəl barışaq, evimizə ziyan dəyməyib, uşaqlarımızla yaşayaq” deyib. Çətin vəziyyətdə olduğu üçün barışmağa razılaşan və keçmiş həyat yoldaşının evində məskunlaşan Alev Altun fevralın 19-na keçən gecə dəhşətli ağrı ilə oyanıb. Üzərinə qaynar su tökən keçmiş həyat yoldaşı Savaş Altun “dua et ki, səni öldürmədim” deyərək uşaqları və pulqabısındakı 3 min TL pulla qaçıb. Ağrı içində anasının evinə gedən Alev Altun qonşuları tərəfindən xəstəxanaya aparılıb.

Keçmiş həyat yoldaşı Savaş Altun uşaqları böyük bacısına qoyaraq qaçmağa çalışıb. Saxlanılan Savaş Altun ifadəsində zəlzələ nəticəsində keçmiş həyat yoldaşının üzərinə qaynar su töküldüyünü iddia edib. Altun gətirildiyi məhkəmə tərəfindən həbs edilib. Uşaqlar Alev Altunun anasına təhvil verilib. Bədənində 1-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxana çarpayısında ağrıdan kömək istəyən Alev Altun "Adalətin yerini tapmasını istəyirəm. Uşaqlarımla tək qaldım. Xahiş edirəm kömək edin, çox çarəsizəm" deyib.

Yaşadığı dəhşətli hadisəni izah edən Alev Altun, "Zəlzələ nəticəsində evimizə ciddi ziyan dəydi, təxliyyə etməli olduq. Zəlzələdən bir gün sonra iki uşağımla bacımın evinə getdim və orada qaldıq. 9 gün sonra uşaqlar problem olmasın deyə onun evinə getdik. İlk 3 gün heç bir mübahisəmiz olmadı.Üçüncü günün sonunda mən yatanda başıma bir qazan qaynar su tökdü. Dəhşət içində oyandım,"dua et ki, səni öldürmədim" dedi. Məndən qisas aldı".

Keçmiş həyat yoldaşının əmisinin oğlu olduğunu bildirən Altun şikayətçi olduğunu bildirib: “O dəhşətdən sonra anamın yanına getmək istəyəndə arxamca qonşumuzu göndərərək “Məndən şikayət etmə” dedi. “Zəlzələyə görə üzərinə qaynar su töküldü” deyib və günahını inkar etdi.

Savaş Altun açıqlamasında, "Zəlzələ zamanı soba titrəyirdi. Əlimdə dəsmal ilə sobanın bacasını tutdum. Ocaq aşmaq üzrə idi. Ocağın üzərindəki qazan sarsıntı ilə onun üzərinə düşdü. çünki ocağın dibində idi.Onu xəstəxanaya aparmaq istədim, o, “uşaqların yanında qal” dedi və evdən çıxdı”.