Bilirsiniz ki, Ermənistan-İran sərhədində, o cümlədən Mehri gömrük-keçid məntəqəsində Rusiya sərhəd qoşunlarının zastavaları var.
Bunu iyunun 13-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arman Eqoyan “Yollar açıldıqdan sonra Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinə Rusiya sərhədçiləri nəzarət edəcəkmi” sualını cavablandırarkən deyib.
“Burada biz iki məsələni ayırmalıyıq: Ermənistanın yurisdiksiyasında olan yol, yoxsa Ermənistanın yurisdiksiyasından kənarda olan yol? Yerevan bəyan edib ki, Ermənistanda onun yurisdiksiyasından kənarda heç bir yol olmayacaq”, - Yeqoyan xatırladıb.
O əlavə edib ki, üçtərəfli bəyanatda qeyd olunan yola nəzarət fərqlidir, çünki Mehri keçid məntəqəsində, məsələn, Evartnots hava limanında nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilir. “Ancaq Rusiya sərhəd qoşunları Ermənistan Respublikasının yurisdiksiyasında fəaliyyət göstərir və orada erməni sərhədçi ola bilər. Burada əsas odur ki, bu yol RA-nın yurisdiksiyasında olmalıdır. İstənilən xarici avtomobil Ermənistan sərhədini keçdikdən sonra Ermənistanı təmsil edən sərhədçi ilə rastlaşmalıdır”, - deputat bildirib.
Qeyd edək ki, bir neçə gündür üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsində hərəkətə nəzarətin Rusiya sərhədçilərində olacağı ilə bağlı rəsmi Bakının açıqlamalarını Ermənistan təkzib etməyə çalışmışdı. Lakin Arman Eqoyanın məlum açıqlaması bu məsələnin artıq həll olunduğuna dəlalət edir.