“Zərərli vərdişlərə yox deyək” maarifləndirmə tədbiri keçirilib

13:30 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” devizi altında maarifləndirmə tədbiri keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən hafta.az-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Respublika Narkoloji Mərkəzin həkim narkoloqu Zamin Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini, həkim Ülkər Camalova, Narkotiklərlə mübarizə üzrə şöbənin müvəkkili, polis Rasim Abbaslı, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin tələbələri və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırıblar. Bildirilib ki, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.