Ziya Bünyadov prospektində qəza olub, ölən və xəsarət alanlar var

23:29 24.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, bu gün saat 22 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.