Yazını böyüt
Yazını kiçilt
“İnter” hücumçusu Lautaro Martinezin satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Hafta.az xəbər verir ki, Milan klubu futbolçu üçün ən azı 80 milyon avro istəyir. İyirmi dörd yaşlı argentinalıya İngiltərənin “Çelsi” və “Arsenal” klubları iddialıdır. Onun "İnter"lə müqaviləsi 2026-cı ildə başa çatır. Daha əvvəl forvardla "Atletiko Madrid"in də maraqlandığı barədə məlumat yayılıb.
Hücumçu cari mövsüm 39 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.