"ABŞ Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istəyir...”

19:53 20.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya versiyasında isə deyilir ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar Qarabağda qalsın...”

"ABŞ-a Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması lazımdır. Çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və orada Rusiya hərbi bazasının olması mənasız olacaq".

Hafta.az xəbər verir ki, bunu  erməni politoloq Stepan Danielyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirələr zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin Qərb və Rusiya modellərindən danışarkən deyib.

“Deməli, region Rusiya və İranın nəzarətindən çıxır. Rusiya versiyasında deyilir ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar Qarabağda qalsın”-deyə S.Danielyan bildirib.

Müzakirə iştirakçılarından biri, siyasi elmlər doktoru Artur Xaçikyan da xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırıb.

“Bu, sülh sazişinin Rusiya versiyasına deyil, Qərb variantına uyğun olaraq imzalanmasına çağırışdır...  Son vaxtlar Nikol Paşinyan stolun üstündəki modellərdən Rusiya modelinə bir növ “U-dönüşlər” edir və Blinkenin çağırışında ona fərqli istiqamətdə davam etməsi lazım olduğu açıq şəkildə izah olunur”- deyə erməni siyasi şərhçi vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər