"Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb - VİDEO

15:24 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub.

Hafta.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi instaqram hesabında bildirilib.

Loqonun hazırlanmasında dörd parlaq rəngdən istifadə olunub. Builki şüar “United by Music” (“Musiqi ilə birləşdirilənlər”) olub.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.

 
 
 
Oxunma sayı 387