"Azərbaycan mərhələli şəkildə karantindən çıxmalıdır"- TƏKLİF

12:43 26.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Həkimləri İctimai Birliyi CoVİD-19 panemiyası ilə mübarizədə bəzi qadağaların ləğvi ilə bağlı Operativ Qərargaha çağırış edib.

Çağrışda qeyd edilir ki, respublikada COVID-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi. Müraciətdə qadağaların aradan qaldırılması ilə bağlı bəzi addımların atılmasının vacibliyi qeyd edilib. 

Milli Məclisin deputatı Vüqar Bayramov hafta.az-a bu çağrışla bağlı danışarkən dedi ki, biz gediş-gəlişin mərhələli şəkildə açılmasını təklif edirik:

“Pandemiyanın təsir etdiyi bir sıra ölkələrdə, o cümlədən şərq ölkələrində iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iaşə və xidmət sektorunda iqtisadi açılma gedib. Nəzərə alsaq ki, dünya ölkələrində iqtisadı azalmalar var. Böyük Britaniyda 2020-ci ilin birinci rübündə 24 faiz azalma müşahidə olunub.  Bu böyük Britaniya tarixində son 10 il üçün ən böyük azalma deməkdir. Rusiyada bu rəqəm 8,5 faiz təşkil edir. Avrozonada ümümilikdə 2 faizdən çox azalma var. Azərbaycanda isə, 7 ayda 2.8 faiz aşağı düşmə qeydə alınıb. Bu qlobal bir proses olduğu üçün hər bir ölkədə təsiri müşahidə olunur. Ona görə də Azərbaycan da mərhələli şəkildə karantindən çıxmalıdır".

Millət vəkili şadlıq saraylarının və digər xidmət sahələrinin açılmasını təklif edir:

“Biz şadlıq saraylarının da normalar əsasında noyabr ayında fəaliyyətə başlamasını təklif etmişik. Digər sektorlarda da bunun tətbiqi olsa yaxşı olardı. Pandemiya ilə mübarizə hər birimizin qaydalara əməl etməyimizdən asılıdır”.

 

Sosial rubrikasından digər xəbərlər