"Azərbaycanı kədər hissi ilə tərk edəcəyəm" - Serjan Abdıkarimov

16:13 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb.

Hafta.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanla Qazaxıstanı dərin tarixi, mədəni əlaqələr birləşdirir. Şəxsən mənim özümü bu ölkəyə bağlayan bir çox məqamlar var, qızım burada anadan olub, oğlum 10 mayda - ümummilli lider Heydər Əliyevin doğum günündə dünyaya gəlib. Burada səfir kimi fəaliyyət göstərdiyim müddətdə Qarabağdakı şanlı və böyük qələbənin şahidi olmuşam. Azərbaycanda çoxlu dostlarım var və əlbəttə ki, bu ölkəni kədər hissi ilə tərk edəcəyəm", - deyə Abdıkarimov qeyd edib.