"Brent" neftinin qiyməti düşdü

10:37 03.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Brent" markalı neftin Londonun "ICE" birjasında dekabr fyuçerslərinin qiyməti sentyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə ticarət platformasında bildirilib.

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,73 faiz azalaraq 89,75 dollar/barel təşkil edib.

 

Eyni zamanda "WTI" markalı xam neftin dekabr ayı üçün fyuçersləri 3,58 faiz azalaraq 87,85 dollar/barelə bərabər olub.