“İslam İnqilabının rəhbərinin və din alimlərimizin fikirlərincə, bütün islam torpaqları dəyərlidir. Bu torpaqlar, millət, irq, məzhəb və dil kimi faktorların fövqündə olan məsələdir. Biz birlik haqda düşünür, fiqhimiz də bizi birliyə çağırır. Bölgədən kənardakı güclər bu məsələyə müdaxilə etməməlidirlər. Heç bir fikir də məzhəb zorakılığı və terrorçuluq düşüncəsinə bəhanə ola bilməz. Bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır”.
Hafta.az-ın yazdığına görə, bunu İranın Dini təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.
İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın azadlığı ilə bağlı fikirlərini açıqlayan Ərafi, Qarabağın Qum elm hövzəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Beynəlxalq sərhədlərin toxunulmazlığının mühüm olduğunu deyən Ayətullah Ərafi sözünü belə tamamlayıb: “Bütün bölgələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalıdır. Burada müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur. Müsəlman ölkələrində bütün sakinlərin hüquqlarına hörmətlə yanaşılmalıdır”.