ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İspaniyanın "Mundo" qəzetinə verdiyi müsahibədə deyib ki, ikinci "soyuq müharibə" birincidən daha təhlükəli olacaq. Oxşar və müqayisə edilə bilən iqtisadi resurslara malik Çinlə ABŞ arasında ikinci "soyuq müharibə" başlaya bilər.
Hafta.az-ın yazdığına görə, Henri Kissincer qeyd edib ki, Pekin və Vaşinqton indi rəqibdirlər və Çin qərbləşənə qədər gözləməməlidirlər.
2022-ci ilin sentyabrında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin sədri Vanq Yi Kissincerlə görüşündə Pekinlə Vaşinqton arasında “yeni soyuq müharibənin” başlamasının qlobal təhlükə olacağını qeyd edib və bunu dünya üçün fəlakət adlandırıb. Vanq Yi demişdi ki, ABŞ Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalıdır.
Ötən ilin iyul ayında Kissincer ABŞ prezidenti Co Baydenə Çinlə davam edən münaqişə barədə xəbərdarlıq edərək demişdi: “Bu gün geosiyasət gərginliyi azaltmaq üçün Nikson kimi möhkəmlik tələb edir”.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Blinken də demişdi ki, ABŞ-la Çin arasında hərbi əməliyyatların başlaması “Birinci Dünya Müharibəsi ilə müqayisə olunan fəlakəti” xatırladardı.
"Çinlə ABŞ arasında ikinci "soyuq müharibə" başlaya bilər" - Kissincer
11:18 27.03.2023
Müəllif:Vüsal Tağıbəyli

Yazını böyüt
Yazını kiçilt
Oxunma sayı 256
Siyasət rubrikasından digər xəbərlər