"Neftçi" və "Zirə"dən qələbə

23:30 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. 

Əvvəlcə “Zirə” “Sumqayıt”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Daha sonra isə “Neftçi” doğma meydanda “Səbail”lə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah oynanılacaq 2 görüşlə yekun vurulacq.

5 mart

“Neftçi” – “Səbail” - 2:0 

Qollar:Bezerra, 73, Azər Salahlı, 79
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”

“Zirə” – “Sumqayıt” - 1:0

Qol: Mohamed Hamdaui, 65
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

6 mart (bazar)

17:00.“Keşlə” – “Sabah”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”

19:15.“Qarabağ” – “Qəbələ”
Hakimlə
r: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena"