"Qalatasaray" "Barselona"ya qarşı

10:03 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Hafta.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İstanbulda baş tutacaq.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyanın "Barselona" komandasını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

 

Avropa Liqası, 1/8 final mərhələsinin cavab oyunları

 

17 mart

 

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

 

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

 

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

 

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

 

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

 

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

 

Qeyd edək ki, Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.