"Qarabağ" 11-ci dəfə ÇEMPİON OLDU

21:00 29.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.

Hafta.az-ın məlumatına görə, ilk gündə 2 matç keçiriləcək. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini məğlub edib. Bununla da "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirib. Komanda son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.