Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Qarabağ" "Səbail"i qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.
"Sabah" isə "Sumqayıt"ın qonağı olub və 3:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
21-ci tur - 2 aprel
“Sumqayıt” – “Sabah” - 0:3
Qollar: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”
“Qarabağ” – “Səbail” - 5:1
Qollar: Andrade, 3 (1:0), 41 (2:0), Ramil Şeydayev, 53 (3:0), 56 (4:0), Nikolas Raysel, 62-pen (4:1), Elvin Cəfərquliyev, 86 (5:1)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
“Azersun Arena”
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”