"Qarabağ"dan darmadağın, "Sabah"dan çətin qələbə

21:15 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. 

Hafta.az.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə, "Sabah" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. 

Günün digər oyununda isə "Qarabağ" "Qəbələ"ni qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. 

6 mart

“Qarabağ” – “Qəbələ” - 5:1 

Qollar: Kadi Borqes, 16 (1:0), İsnik Alimi, 40-pen. (1:1), Vadji İbrahima, 50 (2:1), Kevin Medina, 65 (3:1), Filip Ozobiç, 68 (4:1), Abdullah Zubir, 88 (5:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena"

“Keşlə” – “Sabah” - 0:1 

Qol: Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”

5 mart

“Neftçi” – “Səbail” - 2:0 

“Zirə” – “Sumqayıt” - 1:0