"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı

23:58 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Hafta.az xəbər verir ki, "Qarabağ" da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Fransa "Marsel"ini qəbul edib. Ağdam klubu görüşdə 0:3 hesabı ilə məğlub olub. 

Bununla da avrokuboklarda qrup mərhələsindən çıxan ilk Azərbaycan klubu kimi tarix yazan "Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırıb.

24 fevral

Konfrans Liqası
1/16 finalın cavab oyunu

“Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - 0:3

Qollar: Qeye, 12, Genduzi, 77, Delafonte, 90+2
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3