"Qəbələ"nin oyunu qara görə təxirə salındı

19:54 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilməli olan "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.

 

Hafta.az xəbər verir ki, görüşün baş hakimi Əliyar Ağayev güclü qar səbəbindən 65-ci dəqiqədə futbolçuları paltardəyişmə otağına göndərib. 

 

Qarşılaşma sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.