"Qəbələ" "Sumqayıt"ı ağır məğlub etdi

22:21 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

 

Hafta.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

 

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib.

 

Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub.