"Qərb ölkələri Kiyevə ümumilikdə 321 ağır tank verəcəklərini təsdiqləyiblər" - Ukrayna səfiri

09:30 28.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko bildirib ki, Qərb ölkələri Kiyevə ümumilikdə 321 ağır tank verəcəklərini vəd ediblər.

Hafta.az-ın yazdığına görə, ukraynalı səfir bu haqda Fransanın BFMTV kanalının efirində deyib.

“Bu gün bir çox ölkələr Ukraynaya 321 ağır tank tədarükü ilə bağlı razılıqlarını artıq rəsmən təsdiqləyiblər”, - deyən diplomat ancaq ölkələrin adlarını açıqlamayıb.

Omelçenko Ukrayna ordusunun tankları mümkün qədər tez qəbul etməsinin vacibliyini vurğulayıb.

"Çatdırılma şərtlərinə gəlincə, onların bəziləri texniki xidmətə ehtiyac duyur, bəziləri logistika məsələlərini həll edir, digərləri isə verdiklərini göndərmək üçün digər modellərin hansı olacağını gözləyirlər", - səfir izah edib.

Səfir deyib ki, Ukraynaya bu yardımların mümkün qədər tez çatdırılması lazımdır. Çünki avqust və ya sentyabra qədər yubadılsa, çox gec olacaq.

Omelçenkonun sözlərinə görə, Ukrayna 2023-cü ilin yazında Rusiyanın bir neçə cəbhədyanı bölgəyə mümkün hücumuna hazırlaşır. Buna baxmayaraq, ukraynalılar qorxmur, əksinə çox ciddi hazırlaşırlar.

Tankların tədarükü kontekstində Qərb KİV-ləri tez-tez Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujninin ötən il "The Economist"ə verdiyi müsahibədə Ukraynanın uğurlu hücumu üçün ən azı 300 tanka ehtiyacı olduğunu bildirən sözlərindən sitat gətirir. 

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə müharibə üçün əlavə 300-500 tanka ehtiyac duyur.

Hamıya məlumdur ki, ABŞ prezidenti Co Bayden yanvarın 25-də digər məsələlərlə yanaşı, Rusiyanın təcavüzü önləmək məqsədilə Ukraynaya 31 "M1 Abrams" tankını vermək niyyətini təsdiqləyib.

Böyük Britaniya 14 "Challenger 2", Almaniya isə "14 Leopard 2 A6" tankını təhvil verəcək. 

Oxunma sayı 496
Siyasət rubrikasından digər xəbərlər