Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən bir sıra göstərişlər verdi. Tapşırıqlardan biri də, rayonlarda həyatın daha da dinamik xarakter almalı olduğu, bunun üçün yeni təyinatların ciddi şəkildə bu mələyə diqqət ayırmaları ilə bağlı idi:
“Elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar. Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun. Yəni, rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır”, - deyə İlham Əliyev bildirdi.
Prezidentin rayonlarla bağlı fikrinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, bu istiqamətdə artıq işlər görülür. 10-15 il öncə regionlarda komunnal problemlər var idi, işıqlar sönürdü, yollar bərbad idi, qaz yox idi:
“Bu məsələnin kökündən həlli üçün iki əsas istiqamət var: İnfrastrukturun inkişafı və yaşayış keyfiyyətinin artırılmasır. Bu gün rayonlarla şəhər arasında ciddi fərqi görmək olur. Bəzi rayonlarda mədəni həyat Bakıdan fərqlidir. Bu fərq aradan qaldırılmalıdır. Ancaq buna baxmayaraq rayonla şəhər arasında yaşayış keyfiyyətindəki kəskin fərq qalır. Bölgələrdə iqtisadi fürsətlər baxımından şərait yaradılmalıdır. Bakının son illərdə insanları özünə cəlb etməsi regionlarda işsizliyin artması ilə bağlı idi. Büdcənin təqribən 90 faizi yarımadanın hesabına formalaşır. Pul qazanmaq, iş qurmaq imkanlarına görə insanlar regionları tərk etməli oldular. Regionlarda iş fürsəti genişlənsə, əhalinin diqqətini çəkəcək. Bunun üçün tək iqtisadi addımların atılması yetərli olmaya bilər. Dövlət qurumlarının köçürülməsi, nüfuzlu universitetlərin filalların açılması və s. insanalrın Bakıdan asıllığını azaltmış olar”.