"Spartak" növbəti dəfə "Neftçi" ilə yoldaşlıq görüşü təşkil etməyə çalışacaq

15:45 31.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya "Spartak"ı növbəti dəfə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq.

Hafta.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev "Match TV"yə açıqlamasında bildirib.

"Gələcəkdə "Neftçi" ilə yoldaşlıq matçı təşkil etməyə çalışacağıq. Nə vaxt olacağı bəlli deyil. Amma biz qarşı tərəflə əlaqə saxlayırıq", - Malışev qeyd edib.

"Spartak"ın martın 23-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı. Bu komandalar ötən ilin iyul ayında da üz-üzə gəliblər. Moskvada keçirilən oyunda "Spartak" 2:0 hesablı qələbə qazanıb.