"Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir"- Musa Quliyev

15:30 27.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Əgər karantin qaydaları yumaşdılırsa bu vətəndaşların arxayınlığına səbəb olmamalıdır. Maska taxmalıdırlar, sosial məsafəyə riayət etməlidirlər. Çünki hələ də yoluxma sayı var və rəqəmlər də az deyil.

Bunu hafta.az-a  açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür:

“Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu göstərir. Bu tendensiyanı qoruyub saxlamaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virus yenidən artmağa başlaya bilər. Görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Qaydalar isə çox sadədir – tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq”.

 

 

Sosial rubrikasından digər xəbərlər