"Zirə"dən ayrılan qapıçı "Səbail"də

22:46 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Səbail"  heyətini yeni qapıçı ilə gücləndirib.

Hafta.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" "Zirə"dən ayrılan Rəşad Əzizli ilə müqavilə imzalayıb. 28 yaşlı oyunçunun sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Əzizli 2016/2017 mövsümündə "Səbail"in formasını geyinib.